"Milan" isveçrəli futbolçunu transfer edib

"Brügge"nin isveçrəli futbolçusu Ardon Yashari karyerasını "Milan"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 39 milyon avro ödəyəcək.

Qeyd edək ki, transfer bu həftə rəsmləşəcək.