"Milan" Kolombo ilə bağlı qərar verdi

"Milan" Lorenso Kolombo ilə müqaviləni yeniləyəcək.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Matteo Moretto Tvitter hesabında məlumat yayıb.

Milanlılar onunla 2028-ci ilədək müqavilə bağlamaq niyyətindədirlər.

"Rosso-nerri" gənc hücumçu ilə yeni anlaşmadan sonra onu "Monza"ya icarəyə göndərməyi planlaşdırır.