“Milan” “Korintiyans”dan qapıçı alır
"Milan" fransalı qapıçısı Mayk Menyanla yeni müqavilə məsələsində razılıq əldə edə bilməsə, "Korintiyans"ın kiperi Hüqo Sançesi transfer etməyə çalışacaq.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Brazilya klubu 26 yaşlı futbolçu üçün 12 milyon avro tələb edir.
H.Sançes bu mövsüm meydana çıxdığı 53 matçda qapısında 47 top görüb.
Qeyd edək ki, brazilyalı oyunçunun "Korintiyans"la müqaviləsi 2028-ci ilin dekabr ayının 31-nə qədərdir.