“Milan” “Latsio”dan futbolçu alır

“Latsio”nun ispaniyalı futbolçusu Mario Gila “Milan”ın diqqət mərkəzindədir.

Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, “rossonerilər” 25 yaşlı stopperi yanvar ayında heyətinə cəlb etmək istəyir.

M.Gilanın meneceri gələn həftə “Milan”ın rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm 15 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.