“Milan” “Mançester Yunayted”ə elçi düşüb
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr “Milan”ın transfer siyahısındadır.
Sportline.az xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.
32 yaşlı stopperin transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, H.Maquayr cari mövsüm meydana çıxdığı 11 matçda 2 qol, 1 asistlə yadda qalıb.