"Milan" Mihayloviçlə yollarını ayırır
"Milan" mövsümün sonunda Sinişa Mihayloviçlə yollarını ayıracaq. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, artıq klub rəhbərliyi ilə mütəxəssis arasında bu barədə söhbət olub. Tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verəcəkləri bildirilir.
Ayrılığın səbəbi isə komandanın "A Seriya"dakı uğursuz çıxışıdır. 28 turdan sonra 6-cı pillədə qərarlaşan "Milan" növbəti dəfə Çempionlar Liqasından kənar qalmaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, Mihayloviç ötən ildən "Milan"da çalışır.