"Milan" Pioliyə xəbərdarlıq edib

"Milan" baş məşqçi Stefano Pioli ilə yolları ayırmağı qətiləşdirib.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi artıq mütəxəssisi bununla bağlı məlumatlandırıb. 

Bu haqda "Football Italia" informasiya yayıb.

Tərəflərin mövsümün sonunda ayrılacağını həll olunmuş məsələ saymaq olar.

"Milan"ın klubla 2025-ci ilədək müqaviləsi olan Pioliyə təzminat ödəyəcəyi bildirilir.  

Xatırladaq ki, 58 yaşlı mütəxəssis 2019-cu ildən çalışdırdığı Milan klubuna 2022-ci ildə çempionluq titulu qazandırıb.