“Milan” yanvar ayında hücumçu transfer etmək istəyir

“Kristal Pelas”ın hücumçusu Jan Filipp Metata yanvar ayında “Milan”a keçə bilər.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

28 yaşlı forvardın London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Mateta bu mövsüm meydana çıxdığı 20 matçda 8 qol, 1 asistlə yadda qalıb.