"Milan" yeni hücumçu axtarışına çıxıb

“Milan” “Sportinq”in gənc hücumçusu Konrad Harderlə maraqlanır.

Sportline.az xəbər verir ki, “rossonyerlər” 20 yaşlı hücumçunun transfer ehtimalını Lissabon təmsilçisi ilə müzakirə ediblər.

Ötən mövsüm ərzində Harder ümumilikdə 47 matçda meydana çıxaraq 11 dəfə fərqlənib və 7 qol ötürməsi ilə yadda qalıb. Daha öncə mediada yayılan xəbərlərdə “Milan”ın Viktor Bonifasla razılaşmanı futbolçunun tibbi vəziyyətinə dair narahatlıqlar səbəbindən ertələdiyi qeyd olunmuşdu.

Hazırda İtaliya təmsilçisi Konrad Harderin transferini reallaşdırmaq üçün iş aparır. Danimarkalı futbolçunun “Sportinq”lə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. O, 2024-cü ildə Danimarkanın “Nordşelland” klubundan Portuqaliya təmsilçisinə transfer olunub.