“Milan”da ayrılıq gözlənilir

"Milan"ın ingiltərəli futbolçusu Ruben Loftus Çik karyerasını ölkəsində davam etdirə bilər.

Sportline.az "Milan Web" saytına istinadən xəbər verir ki, "Aston Villa", "Nyukasl Yunayted" və "Vest Hem" 29 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.

R.Loftus Çikin meneceri İngiltərə klubları ilə danışıqlar aparır.

Qeyd edək ki, "Milan"ın rəhbərliyi oyunçunun getməsinə mane olmayacaq.