"Milan"da ciddi itki

“Milan”ın zədəli futbolçusu Simon Kyaerin durumuna aydınlıq gəlib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının 4-cü turunun “Yuventus”la matçında (1:1) xəsarət alan futbolçu tibbi müayinədən keçib.

Danimarkalı müdafiəçi 2 oyunu buraxacaq. O, "Spetsia" ilə səfər, "Sampdoriya" ilə ev oyununda "Milan"a kömək edə bilməyəcək.