"Milan"da Qattuzo dövrü başlayır

Uğursuz nəticələrlə yadda qalan "Milan"da baş məşqçi dəyişikliyi olub. SportLine.az xəbər verir ki, Vinçentso Montellanı vəzifəsindən kənarlaşdıran klubun idarə heyəti, Cennaro Qattuzonu komandaya rəhbər təyin edib.

C.Qattuzo bunadək "Sion", "Palermo", OFİ (Krit), "Piza" kimi klubları çalışdırıb. Onun sonuncu iş yeri "Milan"ın gənclərdən ibarət komandası olub.

Qeyd edək ki, "Milan" hazırda turnir cədvəlində 14 oyundan 20 xalla 7-ci yeri tutur.