"Milan"dan "Cenoa"ya keçib
Lorenzo Kolombo "Milan" klubundan "Cenoa"ya keçib.
Sportline.az xəbər verir ki, Genuya təmsilçisi 23 yaşlı forvardın icarə əsasında komandaya qoşulduğunu və müəyyən tələblər yerinə yetirildikdən sonra məcburi satınalma şərtinin qüvvəyə minəcəyini bildirib.
Futbolçunun birdəfəlik transferi "Cenoa"ya 10 milyon avroya başa gələ bilər.