"Milan"dan xal itkisi

"Milan" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, komanda 29-cu turda "Sampdriya"nı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

"Milan" - "Sampdoriya" - 1:1
Qollar:
 Kvalyarella, 57 (0:1), Hauqe, 87 (1:1)

Bu nəticədən sonra "Milan" 60 xalla 2-ci, "Sampdoriya" 36 xalla 10-cudur. Turnir cədvəlinə 65 xalla "İnter" başçılıq edir.