"Milan"ın baş məşqçi postuna yeni namizəd

Mövsümün sonunda "Bavariya"dan ayrılacağı gözlənilən Tomas Tuxel karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, onun "Milan"ın sükanı arxasına keçəcəyi bildirilir.

Bu haqda jurnalist Rudi Qaletti məlumat yayıb.

Onu sözlərinə görə bu vəzifəyə əsas namizəd Joau Konseysau sayılır.

Onunla danışıqlar baş tutmasa, post Tuxelə təklif olunacaq.

Qeyd edək ki, "Bavariya" rəhbərliyi hələ yanvar ayında Tuxellə yolları ayıracaqlarını bildiriblər.