"Milan"ın əfsanəsi Rafael Leaunu tənqid etdi
Məşhur italiyalı mütəxəssis Arriqo Sakki "Milan"ın ulduz futbolçusu Rafael Leaunu tənqid edib.
Sportline.az Footmercato nəşrinə müsahibəsində portuqaliyalı futbolçunun komandanın oyun sisteminə mənfi təsir etdiyini bildirib.
"Leau meydandakı davranışı, müdafiəyə qayıtmaq istəməməsi ilə "Milan"ın komanda oyununa təsir edir. Əgər, komandanın irəli getməsini istəyiriksə, hər bir futbolçu fədakar oyun göstərməlidir", - deyə Sakki bildirib.
Qeyd edək ki, Leau bu mövsüm keçirdiyi 5 oyunda 3 qol və 1 asistlə yadda qalıb.