"Milan"ın futbolçusu "Fənərbağça"da

“Fənərbağça” Rade Kruniç üçün “Milan”la razılıq əldə edib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” bosniya və herseqovinalı futbolçu üçün 8 milyon avro ödəyəcəklər.

Komandalar arasında razılıq əldə olunub və Kruniçin yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, Rade Kruniç son mövsümdə “Milan” forması ilə çıxdığı 34 oyunda 1 qol və 1 asistlə yadda qalıb.