"Milan"ın sabiq futbolçusu "Yuventus"un radarına düşüb
"Milan"ın sabiq yarımmüdafiəçisi Sandro Tonali yenidən karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, "Yuventus" 25 yaşlı futbolçu üçün hərəkətə keçib.
Tonali bu mövsüm "Nyukasl Yunayted"in heyətində 30 matçda 5 asistlə yadda qalıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü dəyəri 75 milyon avrodur.