"Milan"ın ulduz transferi koronavirusa yoluxdu

İtaliyanın “Milan” klubunun hücumçusu Olivye Jiru koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçunun COVİD-19 testi pozitiv çıxdığına görə karantinə alınıb. Onun özünü yaxşı hiss etdiyi bildirilir. Jirunun avqustun 29-dan etibarən komanda yoldaşları ilə görüşmədiyi diqqətə çatdırılıb.

Jiru bu yay “Çelsi”dən “Milan”a transfer olunub.