"Milan"ın ulduzu "Napoli"nin hədəfində

Qonzalo İquainin "Yuventus"a gedişindən sonra hücumçu axtarışına çıxan "Napoli" "Milan"ın ulduzunu hədəf alıb. SportLine.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi Karlos Bakkanın xidmətində maraqlıdır. 

"Napoli"nin "qırmızı-qaralar"a yaxın günlərdə rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, Karlos Bakka "Milan" forması ilə keçirdiyi 42 oyunda 20 dəfə rəqibi məyus edib.