"Milan"ın Vlahoviç arzusu

"Milan" yeni hücumçu axtarışına çıxıb.

Sportline.az xəbər verir ki, əsas hədəf "Yuventus"un forvardı Duşan Vlahoviç göstərilir.

Bu haqda "Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Vlahoviç cari mövsüm meydana çıxdığı 20 oyunda rəqib qapılarından 8 top keçirib.

Onun Turin klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.