"Milan"ın yeni baş məşqçisi müəyyənləşir

Mövsümün sonunda Stefano Pioli ilə yolları ayıracaq "Milan" yeni baş məşqçi axtarışını davam etdirir.

Sportline.az xəbər verir ki, milanlıların əsas namizədlərindən biri Antonio Kontedir.

Bu haqda jurnalist Canluka Di Marsiodur.

O, "Sky Sport"dakı yazısında klub rəhbərliyinin digər namizəd Paulu Fonseka ilə anlaşa bilmədiyini bildirib.

Eyni sözləri Serjiu Konseysauya da aid etmək olar.

Bu halda diqqətlərin Antonio Konteyə yönəlməsinə zəmin yaranıb.

Yeni mövsümdə "Milan"ın sükanının məhz ona həvalə olunacağı gözlənilir.