"Milan"ın yeni hədəfi
"Milan” transfer siyahısına daha bir futbolçunun adını salıb.
Sportline.az xəbər verir ki, A seriyası təmsilçisi Lukas Torreyranın transferində maraqlıdır.
Klub rəhbərliyi İngiltərə "Arsenal”ının yarımmüdafiəçisinin komandaya faydalı olacağını düşünür. Futbolçunun özü də London təmsilçisinin ayrılmaq istədiyini açıqlayıb.
Müqaviləsi 2023-cü ilin mayında başa çatacaq yarımmüdafiəçinin transfer məbləği 23 milyon avro olaraq dəyərləndirilir.