Millətlər Liqasında mövsüm ləğv olundu

Voleybol üzrə Millətlər Liqasında cari mövsüm ləğv olunub.

Sportline.az Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış, koronavirus pandemiyasına görə təşkil olunmayacaq. 

Turnir daha əvvəl qeyri-müəyyən müddətək təxirə salınmışdı. 

Qeyd edək ki, Millətlər Liqası 2017-ci ildə təsis olunub.