Millətlər Liqasının püşkatması canlı yayımlanacaq
UEFA Millətlər Liqasının püşkatması canlı yayımla təqdim olunacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər tədbiri "CBC Sport" vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, mərasim sabah Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.
Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq. Millimiz D divizionunda mübarizə aparacaq.