Milli AÇ-nin hazırlığına başladı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə başlayıb.
Sportline.az xəbər verir ki, bu gündən başlanan məşqlərdə millinin əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər.
Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq.
Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.