Milli komanda hazırlığa başladı

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra verilən 1 həftəlik istirahət başa çatıb.

Sportline.az xəbər verir ki, Olimpiya təsnifat oyunlarına hazırlıqlar başlayıb.

1-3 avqust tarixlərində Brazilyada təşkil olunacaq 2020 Olimpiya təsnifat mərhələsində iştirak edəcək komandamız bu gün məşqlərə start verib.

Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər idi. Olimpiya təsnifat oyunlarında meydançada millimizin bütün oyunçularını görə bilərik. Bu gün yığmamızın bütün oyunçuları Voleybol Mərkəzində məşqlərə qoşulublar. Millimiz iki komanda şəklində məşqləri keçir. Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları baş məşqçisi Covanni Kaprara hazırda məşq edən iki komandadan seçəcək.

Qeyd edək ki, millimiz D qrupunda Dominikan Respublikası, Kamerun və Brazilya yığmaları ilə bir qrupda mübarizə aparacaq.