Milli komanda Rusiyaya yollanıb

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın ölkə xaricində təlim-məşq toplanışı davam edir. 

Sportline.az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız bu gün (15.07.19) Bolqarıstanda təşkil olunan təlim-məşq toplantısını bitirərək Rusiya Federasiyasına yola düşüb.

Komandamız bu toplanış ərzində Bolqarıstan millisi ilə yoxlama oyunu da keçirib. İlk görüşdə 3:1 (23-25, 19-25, 25-21, 25-27) məğlubiyyətə uğrayan xanım voleybolçularımız ikinci oyunda eyni hesabla (25-23, 25-14, 17-25, 25-21)qələbə qazanıb.

Rusiyada va daha sonra Türkiyədə də təlim-məşq toplanışına davam edəcək komandamız, Rusiya millisi ilə də bir neçə yoxlama matçı keçirəcək. Komandamız turnirin ev sahibi Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.