Milli komandamız Niderlanda uduzdu

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turniri başlanıb.

Sportline.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 milli lisenziyanın sahibini müəyyənləşdirəcək.

Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda Azərbaycan seçməsi də mübarizə aparır.

A qrupunda yer alan voleybolçularımız ilk oyunda ev sahibi Niderlandla qarşılaşıb və hər 3 setdə məğlub olublar.

7 yanvar

22:30. Azərbaycan - Niderland 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu

Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.