Milli komandamızın üzvü Macarıstan çempionatında

Qadın voleybolçulardan ibarət milli komandamızın üzvü Şəfaqət Alışanova karyerasını Macarıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Yasberen" klubu ilə müqavilə imzalayıb. 28 yaşlı voleybolçu 2019/20 mövsümünün sonunadək macar klubunda çıxış edəcək.

Qeyd edək ki, Şəfaqət Alışanovanın son klubu Polşa təmsilçisi "Radomka" olub. O, əvvəllər Bakının "Lokomotiv", "Azəryol" və "Azərreyl" klublarının şərəfini qoruyub.