Milli komandamızın yeni reytinqi

FİFA, milli komandaların yeni reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, yenilənən siyahıda heç bir dəyişiklik olmayıb.

Koronavirus pandemiyası səbəbindən oyunlar keçirilmədiyi üçün komandalar əvvəlki yerində qalıblar. Azərbaycan millisi aktivində 1177 xalla 114-cü sıradadır.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb.