Milli komandanın baş məşqçisi müəyyənləşdi

Şimali İrlandiya milli komandasının yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, komanda Yen Baraklafa tapşırılıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə 18 aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis 2017-ci ildən 21 yaşadək futboloçulardan ibarət Şimali İrlandiya yığmasını çalışdırırdı.