Milli komandanın yeni forması

Almaniya milli komandasının yeni formaları təqdim olunub.

Sportline.az xəbər verir ki, yeni qiyafə 125 illik yubileyə şərəfinə hazırlanıb. 

Meydan oyunçularının ağ-qara rəngləri əks etdirir. Qapıçı geyimində isə açıq mavi rəngdən istifadə olunub. 

Qeyd edək ki, Almaniya millisi 4 dəfə dünya çempionu adını qazanıb. (1954, 1974, 1990, 2014).

Bundestim 3 dəfə isə Avropanın ən güclüsü olub. (1972, 1980, 1996).

Hazırda Almaniya seçməsi FİFA reytinqində 10-cu yerdə qərarlaşıb.