Milli komandaTallinə yollandı

Azərbaycan milli komandası Millətlər Liqası çərçivəsində Estoniya ilə matç üçün Tallinə yola düşüb.

Sportline.az xəbər verir ki, komanda saat 15:00-da çarter reysi ilə sözügedən şəhərə uçub.

Fernandu Santuşun komandası sabah saat 18:00-da “Lilekulla” stadionunda açıq məşqə çıxacaq.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də, “Lilekulla” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da  başlanacaq.

Azərbaycan millisi oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq.