Milli komandaya 18 futzalçı dəvət olundu
Azərbaycan futzal yığması aprelin 4-dən 11-dək Bakıda keçiriləcək “Birinci Türk Universitetləri İdman Oyunları”nda iştirak edəcək. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türk Universiadasında mübarizə aparacaq komandamız qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.
Oyunlar aprelin 5-də, 6-da və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək. Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirəcək.
Oyunlar zamanı isə baş məşqçi 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək. Toplanışa isə 18 futzalçı dəvət edilib. Bunlar Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hamısı “Araz”), Nihad İsmayılov (“FK.İD.Futsal”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov, Tofik Əliyev, Rüstəm Bağırzadə (hamısı “Marafon Futsal”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hamısı “Xəmsə”), Eşqin Tağıyev, Raqif Eyvazov (hər ikisi “İtaldizain”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev və Qüdrət İsmayılovdu (hər ikisi “Baku Fire”).
Qeyd edək ki, yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.