Milli komandaya yeni baş məşqçi təyin olunub

Futzal üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Sportline.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə yenidən Joze Alesio Da Silvaya həvalə olunub. Braziliyalı mütəxəssis həmyerlisi Biro Jadeni əvəzləyib. Qeyd edək ki, Joze Alesio da Silva 2009 - 2014-cü illərdə də Azərbaycan millisinə rəhbərlik edib. O, 2008/2009 mövsümündə “Araz Naxçıvan”ın da baş məşqçisi olub.