Milli Maltaya uduzdu

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində Maltaya məğlub olub.

Sportline.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununda rəqib 2:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib - 3:2.