Milli növbəti oyuna çıxır

Voleybol üzrə qadınlardan ibarət milli komanda bu gün Avropa çempionatının seçmə mərhələsinin D qrupunda növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Eldar Yusubovun rəhbərlik etdiyi kollektiv Maribor şəhərində Sloveniyanın qonağı olacaq.

Qeyd edək ki, komandamız  Bakıda Sloveniya seçməsinə 1:3 hesabı ilə uduzmuşdu. 
 

17:30 Sloveniya – Azərbaycan

1. Sloveniya - 11
2. Azərbaycan - 9
3. Avstriya - 4
​4. Gürcüstan - 0