Millidə daha bir itki

Fransa millisi daha bir futbolçusunu itirib.

Sportline.az xəbər verir ki, Olivye Jiru koronavirusa yoluxub. Bu barədə hücumşunun çıxış etdiyi "Milan" klubun mətbuat xidməti məlumat yayıb.

Jiru Fransa yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki növbəti iki matçını buraxacaq. Komanda sentyabrn 4-də Ukrayna, 7-də isə Finlandiya ilə qarşılaşacaq. 

Qeyd edək ki, “Bavariya”nın futbolçusu Korenten Tolisso da yığmadan kənar qalıb. O, zədə üzündən komandaya qoşulmayıb. PSJ-nin hücumçusu Kilian Mbappe də zədəlidir. Ancaq onun qarşıdakı görüşlərdə oynayıb-oynamayacağı məlum deyil.