Millidən yeni dünya rekordu

İtaliya millisinin baş məşqçisi Roberto Mançini 2022-ci il dünya çempionatının seçmə mərhələsində Litva ilə oyundan sonra mətbuat konfransında çıxış edib (5:0).

Sportline.az "RAİ" telekanalına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis komandasının və özünün yeni rekorda imza atmalarına görə xoşbəxt olduğunu acıqlayıb:

"Son iki gündə bir neçə futbolçumuzu itirməyimizə baxmayaraq komanda yaxşı çıxış etdi. Aydın məsələdir ki, rəqib  yüksək səviyyədə çıxış etmirdi, amma bir neçə qol vurmaq imkanları oldu. Biz lazım olanı bacardıq.

Məğlubiyyətsizlik seriyasına görə dünya rekordunu yenilədiyimiz üçün komandamla birlikdə çox xoşbəxtəm"

Xatırldaq ki, bu gün İtaliya millisi dünya rekordunu yeniləyib - Mançininin komandası ardıcıl 37-ci oyununda məğlub olmayıb.