Millimiz Albaniya ilə qarşılaşacaq
İyulun 20-dən avqustun 6-a qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, seçməmiz avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.
Yığmamzla yanaşı turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın “Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.