Millimiz Belarusa qarşı
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi yoldaşlıq oyunu keçirəcək.
SportLine.az AFFA-ya istinadən xəbər verir ki, komandamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Gülnurə Əkbərzadə və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək. Oyun saat 18:00-da başlayacaq.