Millimiz darmadağınla üzləşdi

Qazaxıstanın Şımkent şəhərində təşkil olunan “Prezident kuboku” turnirinə start verilib. SportLine.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk turda İran millisi ilə görüşüb.

Komandamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Millimiz sabah keçiriləcək II turda Tacikistanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan, İran və Tacikistanın yer aldığı qrupda Rusiya-2 komandası da mübarizə aparır.

Banner