Millimiz Kazana yollanır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Rusiyaya yola düşür.

Sportline.az xəbər verir ki, futzalçılarımız Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək.
B qrupunda yer alan U-19-un rəqibləri Belarus və Qırğızıstan yığmaları olacaq.

7 sentyabr, saat 16:00
Belarus – Azərbaycan

9 sentyabr, saat 18:00
Azərbaycan – Qırğızıstan

Qeyd edək ki, baş məşqçi Ağatahir Əzimov Kazanda keçiriləcək oyunlarda bu futzalçıların xidmətindən istifadə edəcək: Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.