Millimiz məğlub oldu
19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının təsnifat mərhələsində bu gün Azərbaycan seçməsi ilk oyununa çıxıb.
SportLine.az xəbər verir ki, Litvada keçirilən seçmə mərhələnin ilk görüşündə yığmamızın rəqibi Avstriya olub. Qarşılaşmanı azlıqda tamamlayan komandamız meydanı məyus tərk edib.
04 oktyabr 2016
U-19, Avropa çempionatı, təsnifat mərhələsi
Avstriya - Azərbaycan - 4:1
QOLLAR: Arnel Yakupoviç, 23; Anton Krivotçuk, 41 (1:1); Koqler, 46 (2:1); Arnel Yakupoviç, 66 (3:1); Lovriç, 81 (4:1)
QIRMIZI VƏRƏQƏ: Elvin Dəmirov, 63
Hakimlər: Conatan Lardo (Belçika, Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva)