Millimiz Özbəkistanla heç-heçə etdi
19 yaşadək qızlardan ibarət Azərbaycan millimiz bu gün yoldaşlıq oyunu keçirib.
SportLine.az-ın məlumatına görə, yığmamız Özbəkistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.
Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.