Millimiz qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, seçməmiz bu gün növbəti yoxlama oyununu keçirib. Rəqib Rusiya komandası olub. Matçın taleyini bir qol həll edib. Mətin Gülərin son dəqiqədə vurduğu qol Azərbaycan millisinə qələbə qazandırıb.
25 fevral 2016
Yoxlama oyunu
Azərbaycan (U-17) - Rusiya (U-17) - 1:0
QOL: Mətin Gülər, 80 (1:0)