Millimiz Yunanıstan seçməsinə qalib gəldi
Futzal üzrə millimiz Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sportline.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan komandamız evdə Yunanıstanla qarşılaşıb.
Bakı İdman Sarayındakı görüş millinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 3-cü dəqiqədə Fineo De Araujo vurub. 14-cü dəqiqədə qonaqların oyunçusu Qousis Panagiotis topu öz qapısından keçirib. 2 dəqiqə sonra İsa Atayev fərqi 3 topa çatdırıb. Görüşdə son nöqtəni isə 25-ci dəqiqədə Ramiz Çovdarov qoyub.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran Azərbaycan millisi seçmə mərhələni qrup lideri kimi başa vurub. Yunanıstan seçməsi isə 1 xalla sonuncu olub.