Millimizdə yeni baş məşqçi

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti iclası keçirilib.

Sportline.az xəbər verir ki, toplantıda bir səra məsələ müzakirə olunub. Həmçinin məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları barədə söhbətlər aparılıb. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Belə ki, öz xahişi ilə istefa verən kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoustu Məmməd Abdullayev əvəzləyib. Köməkçi məşqçi Rəşad Məmmədov olub. Sənan Həşimov isə qadınlardan ibarət millimizin böyük məşqçisi təyin olunub.