Millimizdən 2 qələbə, 2 məğlubiyyət

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında çıxışını başa vurub.

Azərbaycan Voleybol Federasiyasından Sportline.az-a verilən məlumata görə, İqor Olefirin rəhbərlik etdiyi komanda təsnifat mərhələsində keçirdiyi dörd oyundan ikisində qələbə qazanıb, ikisində məğlub olub.

Muhammad Aslanlı - Nəriman Bayramlı cütü Andorra və Şotlandiyaya qalib gəlsələr də, Slovakiya və Serbiyaya uduzublar.

Reqlamentə görə, təsnifat mərhələsində 3 qələbə qazanan cütlər əsas mərhələyə vəsiqə qazanırlar. Azərbaycan yığması növbəti raunda yüksələ bilməyib.